19 Noyabr 2021 19:38
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO baş katibi Yens Stoltenberq Almaniya Kansleri Angela Merkellə Berlində keçirdiyi birgə mətbuat konfransında alyansın Ukrayna sərhədindəki vəziyyəti diqqətlə izlədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Stoltenberq Rusiya ilə gərginlikdə Kiyevi dəstəkləməyə davam edəcəklərini açıqlayıb.

“Rusiya Ukrayna sərhədləri yaxınlığında böyük sayda hərbi qüvvə yerləşdirir, qeyri-adi fəallığın olduğunu görürük. Rusiyanı şəffaf olmağa, gərginliyi artırmamağa, Ukrayna ilə sərhədlərdə gərginliyi azaltmağa və kömək etməyə çağırırıq”, - NATO baş katibi deyib.

Rusiyanın sərhədə yaxın bölgələrdə hərbi fəallığı ilə bağlı şəffaflıq nümayiş etdirməsinin vacib olduğunu vurğulayan Stoltenberq qeyd edib:

“NATO vəziyyəti yaxından izləyir və biz Ukraynaya siyasi və praktiki dəstək verməyə davam edirik”.

Kansler Merkel də Rusiyanın bölgədəki son hərbi fəaliyyətləri ilə bağlı narahatlığını dilə gətirib.

O bildirib ki, problemlərə baxmayaraq, Rusiya ilə dialoq pozulmamalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər