"AB Ukraynaya yardım etməkdən ötrü donor konfransı keçirməyə hazırdır, lakin rəsmi Kiyev əvvəlcə özünün iqtisadi inkişaf, eləcə də investisiya qoyulmasına ehtiyac duyan sahələrdəki məqsədlərini müəyyənləşdirməlidir”.
Teleqraf.com RİA Novostiyə istinadən bildirir ki, bu sözləri Avropa Birliyinin Regional inkişaf məsələləri üzrə komissarı İohannes Han deyib. Onun sözlərinə görə, Ukrayna iqtisadi islahatların ayrıntılı sxemini hazırlayanadək AB Ukrayna üzrə donor və investorların konfransını keçirməkdən imtina edir.
“Ukrayna konfransı mümkün olduğu qədər tez keçirməyi xahiş edir. Hətta yeni ilədək keçirmək istəyirdilər. Biz tam aydın şəkildə anlatdıq ki, ölkənin gələcək inkişafına dair strateji konsepsiya ilə çıxış etməyincə, konfransın tarixini müəyyənləşdirməyəcəyik” - deyə, İ.Han vurğulayıb.
Hanın fikrincə, donor konfransına dair Brüsselin bu mövqeyi AB-yə daxil olmağı arzulayan bütün qonşu ölkələrə qarşı onun yeni, daha sərt siyasətini xarakterizə edir.
Xatırladaq ki, daha əvvəl AB-nin Ukrayna üzrə donor və investorların konfransının 2015-ci ilin yanvarında Kiyevdə keçiriləcəyi bildirilmişdi.