ABŞ İranın nüvə danışıqlarına qayıtması üçün bu ölkəyə qarşı sanksiyaların yumşaldılmasına dair birtərəfli qərar qəbul edə bilməz.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
“Biz çox açıq şəkildə bildirdik ki, danışıqların irəliləməsi üçün yem kimi görünə biləcək birtərəfli addımlar atmayacağıq”, - Prays söyləyib.
Onun sözlərinə görə, əldə edilmiş razılaşmalara qarşılıqlı qayıtmaq həm ABŞ-ın, həm də “Altılıq” qrupunun digər üzvlərinin maraqlarına uyğundur.