16 Noyabr 2014 07:08
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abxaziyanın baş naziri Beslan Butbaya şənbə günü axşam saatlarında hücum ediləndən sonra, o, Suxumi xəstəxanasına yerləşdirilib. Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, bu barədə baş nazirin qohumları xəbər veriblər.

Ailəsi ilə gedən baş nazirin maşınını, şənbə günü saat 22:00 radələrində şəhərin mərkəzində magistral avtomobil yolunda saxlayıblar. Digər avtomobildən iki nəfər çıxaraq Butbanı döyüblər.

Milis basqınçıların cip avtomobilini artıq uzaqda şəhərin Suxumi rayonunda saxlaya bilib.

İstintaq aparılır.


Müəllif:

Oxşar xəbərlər