Türkiyənin paytaxtı Ankarada mümkün terror ehtimalı ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.
Teleqraf.com-un məlumatına görə, paytaxt polisinə 2 kamikadze tərəfindən terror aktının törədiləcəyi ilə bağlı məlumat daxil olub. Dərhal dövlət qurumlarında və ictimai yerlərdə təhlükəsizlik tədbirləri gücləndirlib.
Yerli media xəbər verir ki, kamikadzelərdən biri qadındır. Polis terrorçuları vaxtında zərərsizləşdirmək üçün onların fotorobotunu yayıb.