27 Noyabr 2021 12:51
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya MİQ-31 ovçu qırıcılarının hərbi qabiliyyətini artırır. Moderinizə edilən MİQ-31-lərin yeni xidmət istiqaməti Rusiyanın şimal sərhədlərini qorumaq olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə general Vladimir Popov məlumat verib.

“Rusiyanın suveren hava sahəsinin şimal hissələrini qorumaq üçün yüksək manevr imkanları olan MİG-31 model qırıcılarından istifadəni planlaşdırırıq”, - general bildirib.

MİQ-31-in dayanıqlılığı və modernləşmə potensialı ilə seçildiyini deyən Popov qırıcıların avtomatik hədəf izləmə sistemlərinə malik yeni radar stansiyasına sahib olduğunu da qeyd edib. General Rusiyanın da qısamənzilli hipersəs raketləri üzərində işlədiyini və MiQ-31-lərin bir neçə döyüş sursatı ilə silahlanmasına icazə verəcəyini bildirib.

Bundan əvvəl Nijni Novqoroddakı “Sokol” təyyarə zavodunun nümayəndələri MİQ-31-in modernləşdirilməsinin təyyarənin döyüş effektivliyini üç dəfə artıracağını bildirmişdilər. Şirkət həmçinin qeyd edib ki, təyyarə müasir elektron avadanlıq alacaq və yeni aviasiya silahlarından istifadə edə bilər.


Müəllif: Nemət

Oxşar xəbərlər