27 Noyabr 2021 14:22
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hərbi gəmisinin Tayvan boğazından keçməsi ilə gərginliyin artdığı bölgədə yeni hadisələr qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, Çin hava və dəniz qüvvələri ABŞ Konqresi heyətinin səfər etdiyi Tayvan adası ətrafında “Müharibəyə hazır” patrul əməliyyatı aparıb.

Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığının sözçüsü polkovnik Xi Yi sözügedən fəaliyyətin boğazda baş verən münasibətlərindəki son vəziyyətə cavab olaraq atıldığını söyləyib.

Onun sözlərinə görə, Tayvan Çinin bir hissəsidir və onun suverenliyini və ərazi bütövlüyünü qorumaq Çin Xalq Azadlıq Ordusunun müqəddəs vəzifəsidir: "Ordunun Şərq Cəbhəsi Komandanlığı xarici qüvvələrin müdaxiləsinə və separatçıların cəhdlərinə qarşı ayıq-sayıq olacaq, qarşısını alınmaq üçün lazımi tədbirlər görəcək".

ABŞ-ın Tayvanda de fakto səfirliyi olaraq fəaliyyət göstərən Tayvan-Amerika İnstitutundan verilən açıqlamada ABŞ Konqresindən 5 nəfərlik bir heyətin Tayvana səfər etdiyi açıqlanıb.


Müəllif: Nemət