28 Noyabr 2021 01:00
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Van vilayalətində iki dəfə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Tuşba rayonunda yerli vaxtla saat 22:20-də 3,7 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 15,7 km dərinlikdə yerləşib.

Bundan bir qədər sonra, Tuşbada saat 22:31-də 2,5 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

Təbii hadisənin fəsadları barədə məlumat yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər