29 Noyabr 2021 11:25
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

1995-ci ildə italyan moda nəhəngi "Gucci"nin rəhbəri Mauritsio Guççini qatil tutaraq öldürən keçmiş həyat yoldaşı Patrizia Reqqianinin dostu Pina Auriemma ilk dəfə bu haqda danışıb.

Teleqraf.com xəbər verir ki, İtaliya mediasında “qara cadu” kimi tanınan Auriemma Reqqianini 1970-ci ildə tanıdığını bildirib.

Mauritsio Gucci cinayətinin təşkil etdilməsində vasitəçilikdə ittiham olunan və uzun illərdən sonra həbsdən çıxan Auriemma ittihamları rədd edib.

Öldürülən moda nəhəngi cinayətini onun üzərinə Reqqiani tərəfindən atıldığını deyən Auriemma qeyd edib ki, pul əldə etmək üçün keçmiş dostu hər şey edə bilər.

“Patrizia Reqqiani pis adamdır. O qadın üzündən həyatım tamamilə məhv oldu”, - Reqqiani ilə birlikdə həbsdən çıxan Auriemma deyib.


Müəllif: Nemət

Oxşar xəbərlər