30 Noyabr 2021 15:41
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Monqolustana səfəri zamanı bu ölkənin Qırmızı Döyüş Bayrağı ordeni ilə təltif edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, V.Gerasimova mükafatı Ulan-Batorda Monqolustanın hərbi-siyasi rəhbərliyi ilə görüşündən sonra Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux təqdim edib.

“Beynəlxalq əməkdaşlığa verdiyiniz töhfəyə görə təşəkkür edirəm”, – Monqolustan Prezidenti Gerasimova təşəkkür edib.

Döyüş Qırmızı Bayraq ordeni 1926-cı ildə Monqolustanda təsis edilib. Bu ordenlə hərbi qulluqçular, işçilər, təhlükəsizlik orqanlarının əməkdaşları, Monqolustan və xarici ölkələrin vətəndaşları təltif edilir.

V.Gerasimovun Ulan-Batora səfəri Monqolustan silahlı qüvvələrinin 100 illiyi və Rusiya-Monqolustan diplomatik münasibətlərinin qurulmasının 100 illiyi ilə əlaqədar baş tutur.

Oktyabr ayında isə Monqolustanın Doytın Am poliqonunda Rusiya-Monqolustan “Selenqa-2021” təliminin aktiv mərhələsi baş tutub.

Qeyd edək ki, ordu generalı Valeri Gerasimov 1955-ci ildə Tatarıstanda doğulub.


Müəllif: Səxavət