1 Dekabr 2021 13:37
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümə günü telefon danışığı olacağı açıqlanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Türkiyənin Donbas məsələsində vasitəçi olmaq təklifini müzakirə edə bilərlər.

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.

R.T.Ərdoğanla V.Putin və onunla Mövlud Çavuşoğlu arasında münasibətlərin çox müsbət olduğunu vurğulayan S.Lavrov deyib:

“Bir sıra mühüm beynəlxalq məsələlərdə fikir ayrılıqları ciddi olaraq qalsa da bununla daha effektiv mübarizə aparmaq üçün məsləhətləşmələr həmişə mehriban, açıq və qarşılıqlı hörmət şəraitində keçirilir”.

S.Lavrov Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Stokholmda keçiriləcək Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində həmkarı M.Çavuşoğlu ilə görüşəcəyini də bildirib.

Qeyd edək ki, Türkmənistandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Tayyib Ərdoğan Ukrayna ilə Rusiya arasındakı böhranda vasitəçi ola biləcəklərini demişdi.

Türkiyə Prezidenti bununla bağlı fikirlərini bu şəkildə ifadə etmişdi:

“Burada bizim mövqeyimiz bəllidir. Biz xüsusilə Krım türkləri başda olmaqla bölgədə sülhün hakim olmasının tərəfdarıyıq. Bu cür məsələləri dost Rusiya və xüsusilə də cənab Putinlə dəfələrlə bu şəkildə müzakirə etmişik və müzakirə edirik. Ümid edirik ki, bu bölgə müharibənin hakim olduğu bir bölgə olmasın. Bu bölgə sülhün hökm sürdüyü bir bölgə kimi gələcəyə doğru addım atsın. Bizim arzumuz budur ki, bu məsələyə münasibət müsbət istiqamətdə inkişaf etsin. Bununla bağlı vasitəçilik, bu məsələni onlarla müzakirə etmək olur. İstər Ukrayna, istərsə də cənab Putinlə bu danışıqları inkişaf etdirərək, inşallah, bunun həllində bizim də payımızın olmasını istərdik”.

Xatırladaq ki, Tayyib Ərdoğanın açıqlamalarına Ukraynadan da müsbət cavab gəlib.


Müəllif: Səxavət

Oxşar xəbərlər