17 Noyabr 2014 09:01
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 16-da Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilib. ACL alyansının namizədi Klaus Yohannis 55,79 faiz, Rumıniyanın hazırkı Baş naziri, PSD-UNPR-PC alyansının namizədi Viktor Ponta isə 44,20 faiz səs toplayıblar.

Teleqraf.com-un məlumatına görə, rəqəmlər 6215 seçki məntəqələrindən alınan protokolların nəticələrinə əsaslanır.

Rumıniya Avropa Birliyində Bolqarıstandan sonra ikinci kasıb ölkədir. Əhalinin 40%-i hesab edir ki, onlar kommunistlər dövründə daha yaxşı yaşayırdılar.

Qeyd edək ki, Rumıniyada prezident seçkilərinin I turunda V.Pontaya seçicilərin 39,6%-i səs vermişdi. Onun milli liberallardan olan rəqibi Klaus Yohannis 30,2% səsini toplamışdı. Digər namizədlər 7%-dən çox səs toplaya bilməməklə seçicilərin lazımi dəstəyini ala bilməmişdi. Beləliklə, seçkilərin birinci turunda qələbə üçün lazım olan 50% səsi toplaya bilmədiklərinə görə, V.Ponta və K.Yohannis noyabrın 16-da keçiriləcək ikinci turda yenidən qarşılaşmalı olubar.


Müəllif: