17 Noyabr 2014 09:18
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriya ordusu şəhərin silahlılardan təmizlənməsi üçün xüsusi genişmiqyaslı əməliyyatlar keçirib. Əməliyyatlar kifayət qədər uğurlu olub.

Teleqraf.com-un "Euronews"a istinadən məlumatına görə, Nigeriyada terrorçu qruplaşma "Boko-Haram" tərəfindən ələ keçirilən Çibok şəhəri üzərində nəzarət bərpa olunub.

"Boko-Haram" silahlıları sözügedən şəhərdə aprel ayında 300-ə yaxın məktəbli qızı qaçırmışdı. Onlardan 219-u hələ də itkin hesab olunur.

Hökumətin anti-terror əməliyyatları silahlıların qəzəbinə səbəb olub. Silahlılar Azar şəhərində bazar meydanında partlayış törədiblər. Hücum zamanı azı 10 nəfər ölüb, onlarla insan yaralanıb. Sonuncu terror hücumu Azar şəhərində bir ayda 3-cü hücum olub. Şəhər sakinləri hökumətin "Boko-Haram"a qarşı mübarizədə zəif olmasından şikayət ediblər.


Müəllif:

Oxşar xəbərlər