4 Dekabr 2021 10:05
2 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun xarici işlər naziri Vladimir Makey bəyan edib ki, Avropa İttifaqı Belarusla normal münasibətlər imkanını həmişəlik, sanksiya təzyiqi davam edərsə, respublikanın özü isə dövlətçiliyini itirə bilər.

Teleqraf.com xəbər verir ki, nazir bu barədə stenoqramı XİN-in saytında yerləşdirilən “Belarus 1” telekanalına müsahibəsində bildirib.

“Son nəticədə heç kim qalib gəlməyəcək. Sanksiya təzyiqi davam edərsə, Belarus öz dövlətçiliyini itirmək riski ilə üzləşər. Baxmayaraq ki, biz bunun qarşısını almaq üçün hər şeyi edəcəyik. Avropa İttifaqı isə Belarusu həmişəlik itirəcək. Hesab edirəm ki, bu, qətiyyən Avropa İttifaqının maraqlarına uyğun deyil”, - Makey bildirib.

Onun sözlərinə görə, avropalı həmkarları arasında anlaşma var, ancaq müəyyən səbəblərdən bu fikir “pərdə arxasında müzakirə olunur” ki, ictimai rəy və ya ölkələrin mediası tərəfindən tənqidə məruz qalmasın:

“Hətta dünən bir sıra həmkarlarımla görüşdə ​​mən deyəndə ki, siz bu gün sanksiyalar tətbiq edəcəksiniz, onlar təəccübləndilər. Bildirdilər ki, biz sanksiyalar tətbiq edilməsi məsələsini hələ xarici işlər nazirləri səviyyəsində yekun müzakirə etməmişik”.

O qeyd edib ki, hətta Avropa İttifaqının bir gün əvvəl qəbul etdiyi yeni sanksiyalar qərarı ilə bağlı hansısa müzakirələr aparılıb.

“Ancaq həmkarlarımla ünsiyyətimdən göründüyü kimi, birincisi, heç də hamı bu sanksiyalar paketinin tətbiqi ilə razılaşmayıb. İkincisi, heç də hamı bu sanksiyaların dekabrın 2-dən tətbiq olunacağını aydın başa düşməyib. Sanksiya qarşıdurmasından heç kimin heç vaxt öz məqsədinə nail olmayacağı ilə bağlı bizim bəyanatımızla bir çoxları razılaşır. Hamı yox, bir çoxları”, - deyə nazir əlavə edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər