Türkiyə istehsalı “Bayraktar TB2” dronlarına qarşı bütün cəbhələrdə uğursuzluğa düçar olduğu üçün Rusiyanın yeniləməyə getdiyi “Pantsir” hava müdafiə sistemlərinin ilk alıcısı Serbiya olub.
Teleqraf.com xəbər verir ki, Serbiya müdafiə naziri Aleksandr Vulin Rusiyadan yeni “Pantsir” sistemləri alacaqlarını açıqlayıb.
Vulin bu məqsədlə rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşüb.
“Kornetləri aldıq, tankları aldıq, zirehli transportyorları aldıq, indi də yeni “Pansir”lər alacağıq”, - nazir bildirib.
Sözügedən sistemlərin Donbasda (Ukrayna), Liviyada, Suriya və Azərbaycanda (Qarabağ) ciddi uğursuzluqla üzləşməsindən sonra Rusiya “Pantsir”ləri yeniləməyə qərar vermişdi. Azərbaycan ordusu 44 günlük Qarabağ müharibəsində “Bayraktar” dronları ilə düşmənin çox sayda “Pantsir” sistemini məhv etmişdi.