4 Dekabr 2021 14:40
2 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhammedov ölkənin yanacaq-energetika kompleksinin işini tənqid edib.

Teleqraf.com xəbər verir ki, Türkmənistan Prezidenti tənqidi fikirlərini hökumətin genişləndirilmiş iclasında səsləndirib.

“Bu sahədə işin təkmilləşdirilməsi ilə bağlı heç bir təklif yoxdur və gördüyünüz tədbirlər hələ də istənilən nəticəni vermir”, - deyə Berdımuhammedov bildirib.

Onun sözlərinə görə, Türkmənistanın neft-qaz sənayesindəki zavodlar öz gücünün yalnız yarısını işləyir.

O, Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistandan keçən qaz kəmərinin tikintisinin gedişatını xüsusi nəzarətdə saxlamağa çağırıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər