5 Dekabr 2021 00:08
2 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayın ucaq nöqtələrində araşdırmasını davam etdirən Çinin “Yutu-2” kosmik gəmisi dünyanın gündəmində olan bir kəşfə imza atıb.

Teleqraf.com xəbər verir ki, “Yutu-2” Ayın səthində “sirli ev” adlandırılan obyektin təsvirini çəkib.

Kub formalı dairənin içərisində nə olduğu hələ məlum deyil.

Çinin kosmos araşdırmalarını şərh edən jurnalist Endryu Cons sosial şəbəkədəki paylaşımında obyektin “sirli ev” adlandırıldığını bildirib.

2019-cu ildə Yerin peykinə gedən “Yutu-2” Ayın ən ucqar nöqtəsinə enən ilk kosmik gəmidir. Təbii peyk “qravitasiya kilidi” adlanan vəziyyət səbəbindən həmişə Yerə eyni üz göstərir. Bu səbəbdən Yerə baxmayan üzü “Ayın uzaq tərəfi” adlandırırlar.

ABŞ-ın media və texnologiya saytı CNET yazıb ki, “Yutu-2” bu məsafəyə görə obyekti bulanıq göstərir. Cons qeyd edib ki, kosmik gəmi yaxın 2-3 Ay günündə obyektə yaxınlaşacaq və onu araşdıracaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər