Dekabrın 7-də ABŞ Prezidenti Cozef Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında qorunan videoəlaqə vasitəsilə görüş keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə "Röyters" agentliyi Ağ Evdəki mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, Bayden görüş zamanı rusiyalı həmkarı ilə Ukrayna ilə bağlı vəziyyəti və bir sıra digər regional məsələləri müzakirə edəcək.