6 Dekabr 2021 11:32
5 825
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tehran yol verdiyi pozuntuların bədəlini ödəməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Baş naziri Naftali Bennet deyib.

O, İranın nüvə proqramı ilə bağlı beynəlxalq danışıqlarda əvvəlki razılaşmadan geri addım atdığını və daha sərt mövqe tutduğunu bildirib.

İranın Fordo nüvə müəssisəsində uranı 20 faiz zənginləşdirməyə davam etdiyini bildirən Bennett danışıqlarda iştirak edən ölkələrə həm uranı zənginləşdirə, həm də danışıqlar apara bilməyəcəklərini Tehrana daha dəqiq şəkildə çatdırmağı təklif edib.

O, İsrail xarici işlər nazirinin Avropaya getdiyini, müdafiə nazi və Mossad rəhbərinin də bu çərçivədə ABŞ-a gedəcəyini deyib:

“Biz ABŞ-dakı dostlarımıza vəziyyəti izah edərək, müzakirələr çərçivəsində açılmış bu fürsət pəncərədən ən yaxşı şəkildə istifadə etmək istəyirik. Zənginləşmənin sürətlənməsinə qarşı fərqli üsuldan istifadə etməyin tam zamanıdır”.

Bennet İranla imzalanacaq pis müqavilənin İsrailin milli təhlükəsizliyi üçün nəticələrinin olacağını vurğulayıb:

“İran yol verdiyi pozuntuların əvəzini ödəməyə başlamalıdır. İran rejiminin məqsədi sanksiyaları aradan qaldırmaqdır. İranın məqsədi terrorizm və nüvə sahəsində etdiklərini davam etdirmək və milyardlarla dollarla güclənməkdir".

Dekabrın 3-də İranın nüvə proqramı ilə bağlı Vyanada keçirilən beynəlxalq danışıqlar razılaşma olmadan başa çatıb və danışıqların gələn həftə davam etdiriləcəyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər