PKK terror təşkilatının Suriya qadanı PYD/YPG-yə dəstək verən ABŞ ordusu bölgədəki varlığını və qüvvələrini artırır.
Teleqraf.com xəbər verir ki, AFP agentliyi az qala hər fürsətdə bölgəyə hərbi yük daşıyan və terror təşkilatının maliyyələşdirilməsini öz üzərinə götürən ABŞ-ın fəaliyyətiləri ilə bağlı yeni faktları yayımlayıb.
Türkiyə sərhədi yaxınlığında fəaliyyət göstərən ABŞ-ın bölgədə həyata keçirdiyi patrul xidməti də diqqətdən yayınmayıb.
YPG terrorçularına minlərlə TIR yardımı edən və təlim verən ABŞ hərbçilərinin Hasekenin Malikiyyə qəsəbəsində yerləşdiyi bildirilib. Bölgə Türkiyə sərhədindən 5 kilometr uzaqlıqdadır. Yəni ABŞ hərbçiləri Türkiyə sərhədinin ən yaxınlığında hərbi fəaliyyətlər həyata keçirir.
AFP-nin fotomüxbiri Malikiyyədə patrul xidməti həyata keçirən ABŞ əsgərlərinin şəklini çəkib. Fotolarda əllərində silahla tam təchiz olunmuş əsgərlər və Amerikanın zirehli texnikası diqqəti cəlb edib.
ABŞ-ın indiyədək bölgədəki terrorçulara dəstək verdiyi hər kəsə məlumdur. YPG-yə dəstək üçün ABŞ hərbçiləri ilə yanaşı, Fransa xüsusi təyinatlıları da Suriyanın şimalında yerləşib. Türkiyə oktyabrın sonunda cənub sərhədində YPG terrorçularına qarşı əməliyyat keçirə biləcəyinə dair açıqlama verib. Prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Co Bayden arasında keçirilən görüşdə terrorçulara verilən silahlar da gündəm olub.