“Ukraynanın işğalı II Dünya müharibəsindən bu yana Avropada görünməyən ən böyük faciə olardı”.
Teleqraf.com xəbər verir ki, bunu İngiltərə Baş qərargah rəsisi, general Tony Radakin deyib.
Baş qərargah rəisi Ukraynanın işğalının masştabı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, bu ay Baş qərargah rəisi təyin edilən Radakin ilk açıqlamasını verib. Qərargah rəisi Çin, Rusiya, İran və Şimali Koreyanın meydan oxumalarına diqqət çəkərək təhlükəsizliklə bağlı durumun son 30 ildə heç olmadığı qədər qarmaqarışıq və təhlükəkli olduğunu bildirib.
Radakin həmçinin Çini naviqasiya azadlığı, iqtisadi hədə-qorxu və ya təcavüzkar diplomatiya kimi məsələlərdə beynəlxalq normalara meydan oxumaqda ittiham edib.
Qərargah rəisi bildirib ki, Rusiyanın Krımı ilhaq etməsindən təxminən səkkiz il sonra on minlərlə rus əsgərinin Ukrayna sərhədinə gətirilməsi sayəsində yaranan böhran dərin narahatlıq doğurur.
Britaniya Baş qərargah rəisi bəyan edib ki, Ukraynanın tam işğalı üçün ən pis ssenari baş verərsə, Avropada İkinci Dünya müharibəsindən bəri görünməmiş miqyasda böyük faciəyə səbəb olacaq.