İtaliyanın Siciliya adasındakı Ravanuza kommunasında binalardan birində baş verən qaz partlayışı nəticəsində 3 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb və 2 qadın xilas edilib. Qeyd edilir ki, daha 6 nəfərin taleyi müəmmalıdır.
Partlayış həmçinin qonşuluqdakı üç qeyri-yaşayış binasını dağıdıb və daha üç binanın şüşələrini sındırıb.
Xatırladaq ki, hadisə dünən vaxtla təxminən saat 23:30-da baş verib.