13 Dekabr 2021 23:26
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Pedro Almodovarın çəkdiyi "Kika" filmindəki baş rolu ilə tanınan 67 yaşlı ispaniyalı aktrisa Veronika Forkenin meyiti Madriddəki evində tapılıb.

Teleqraf.com xəbər verir ki, hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları Forkeni xilas edə bilməyiblər.

Aktrisanın intihar etdiyi güman edilir.

Fork üç dəfə "Qoya" mükafatını qazanıb. 1986-cı ildə o, bu mükafatı Fernando Truebanın “Oyanış ili” filmindəki roluna, 1988-ci ildə Fernando Kolomonun "Şən həyat” filmindəki baş rola görə alıb. 1993-cü ildə ispaniyalı aktrisa "Kika" filmində ən yaxşı qadın roluna görə bu mükafatı qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər