14 Dekabr 2021 08:45
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus COVID-19 pandemiyasının sona çatmasından sonra ciddi qlobal nəticələri sadalayıb.

Teleqraf.com-un məlumatına görə, ÜST-in baş direktoru bildirib ki, hər şey bitdikdən sonra dünya pandemiyanın başlamasından əvvəl daha əhəmiyyətli olan ciddi problemlərlə və çətinliklərlə üzləşəcək:

"Bunlar yoxsulluq, aclıq, bərabərsizlik, qeyri-infeksion xəstəliklər və iqlim dəyişikliyidir. Koronavirus pandemiyası göstərdi ki, sağlamlıq risk altında olanda hər kəs risk altındadır."

ÜST rəhbəri həmçinin sağlamlığın dəyərinin qavranılmasında “fundamental dəyişikliyə” çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər