Dünya Səhiyyə Təşkilatı (DST) dünyada hər il 372 min adamın suda boğulduğunu açıqlayıb. Birləşmiş Millətlər Təşkilatının (BMt) Cenevre Ofisində təşkil edilən mətbuat konfransında DST-nin suda boğulmalarla əlaqədar ilk qlobal hesabatı haqqında məlumat verilib.
Teleqraf.com-un məlumatına görə, bu barədə danışan DST mütəxəssisi Etinne Krug ildə 372 min adamın ləyəndə, hovuzda, gölməçədə, çayda, dənizdə və hovuzda boğulduğuna işarə edərək bu ölümlərin çoxunun qarşısının alına biləcəyini söyləyib.
Dünyada saatda 40 adamın suda boğulduğunu ifadə edən Krug bir sıra diqqəti çəkən faktları nəzərə çatdırıb. O, qeyd edib ki, boğulma 1-24 yaş arası gənc əhalinin ölüm səbəbləri arasında ilk 10 amildən birini təşkil edir.
Nail Cəlil