16 Dekabr 2021 11:04
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Rodos Münsiflər Heyəti Məhkəməsi Türkiyənin Rodosdakı Baş Konsulluğunda müqaviləli katib işləyən Yunanıstan vətəndaşı 36 yaşlı Səbahhatin Bayramı “casusluq” ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edib.

Teleqraf.com xəbər verir ki, 2020-ci ilin dekabrında həbs edilən Bayram “düşmənin hərbi gücünü dəstəkləmək”, “dövlət sirlərini pozmaq” və “casusluq etmək” ittihamı ilə məhkəməyə çıxarılıb.

Prokuror Səbahətdin Bayramın hər üç iddia ilə həbs edilməsini istəyib. Məhkəmə isə “casusluq” iddiasını qəbul edərək Bayramı 5 il həbsə məhkum edib.

Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq Bayramın cəzalandırılmasını pisləyib. Bəyanatda prokuror və məhkəmə komitəsinin qərəzli münasibət göstərdiyi, prosessual pozuntularla müdafiə hüququnun pozulduğu bildirilib. Nazirlik Bayramın hüquqlarını qorumaq üçün Yunanıstanın daxili və beynəlxalq hüququn imkan yaratdığı bütün lazımi addımların atılacağını bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər