17 Dekabr 2021 10:06
1 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Rusiyanın Ukraynaya qarşı yeni təcavüzünün ona baha başa gələcəyini və Moskvanın gərginliyi azaldacağı təqdirdə qarşılıqlı etimadın möhkəmləndirilməsi tədbirləri üzərində işləməyə hazır olduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, NATO-nun Şimali Atlantika Şurası “Ukrayna və ətrafındakı vəziyyət”lə bağlı açıqlama verib.

“Biz Rusiyanı təcili olaraq gərginliyi azaltmağa, diplomatik kanalları izləməyə və hərbi fəaliyyətinin şəffaflığı ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq”, - bəyanatda deyilib.

Bəyanatda qeyd edilib ki, NATO hazırkı vəziyyətin alyansın təhlükəsizliyinə təsirlərini ciddi şəkildə nəzərdən keçirir. Bəyanatda NATO-nun təhlükəsizliyinə yaranacaq təhdidlərə qətiyyətlə cavab veriləcəyi vurğulanıb. Qeyd edilib ki. Ukraynaya qarşı növbəti təcavüzün böyük nəticələri və ağır bədəli olacaq. Ukraynanın ərazi bütövlüyü və suverenliyinin NATO tərəfindən dəstəkləndiyinin bir daha təsdiq edildiyi bəyanatda Rusiyadan qüvvələrini Ukrayna ərazilərindən çıxarması istənilib.

Rusiyanın Ukraynanın NATO-ya mümkün üzvlüyünə etirazına toxunularaq, hər bir ölkənin öz müqəddəratını və xarici siyasətini müəyyən etmək hüququna malik olduğu bildirilib: “NATO-nun Ukrayna ilə münasibəti yalnız Ukrayna və 30 müttəfiq ölkəyə aiddir”.

Bununla belə, NATO-nun Rusiya ilə dialoqa hazır olduğu da diqqətə çatdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər