“Avropada böyük silahlı qarşıdurma baş verərsə, Baltikyanı ölkələr (Latviya, Litva və Estoniya) məhv ediləcək, onlar hərbi baxımdan heç nə edə bilməyəcəklər”.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının rəisinin müavini, general-mayor Vladimir Arçakov deyib.
“Digər qərb, daha doğrusu şimal-qərb qonşularımıza (Polşadan başqa) gəlincə, onlar hərbi baxımdan heç bir şey ifadə etmirlər. Silahlı qarşıdurma baş verəcəyi təqdirdə, toqquşan güc mərkəzləri onları süpürüb atacaq”, - general qeyd edib.