Praqada etiraz aksiyası iştirakçılarının Çexiya prezidenti Miloş Zemana yumurta və pomidor atmaq cəhdi uğursuzluqla nəticələnib.
Teleqraf.com eeuronews.com-a istinadən xəbər verir ki, atılan yumurta səhvən Zemanın almaniyalı həmkarı Yoahim Qaukanın başına dəyib.
Praqaya “məxməri inqilab”ın 25-ci ildönümü münasibətilə Slovakiya, Macarıstan, Polşa və Almaniya dövlət başçılarının səfəri zamanı etiraz aksiyaları başlayıb.
Narazı olanlar Zemana yumurta və pomidor atmağa başlayıb, prezidentin mühafizəsi çətirlər vasitəsilə təhlükəsizliyi təmin etməyə çalışsalar da, yumurtalardan biri Qaukaya dəyib.
Qeyd edək ki, etirazçılar Çexiya prezidentinin istefasını tələb edirlər. Onlar Zemanın Rusiyaya qarşı sansksiyaları tənqid etməsinə qarşı çıxırlar.
Zeman isə Ukraynada baş verənləri vətəndaş müharibəsi adlandırıb və Kiyevə maliyyə yardımı edilməsinə qarşı çıxış edib.
Samir