20 Dekabr 2021 22:58
3 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Xarici İşlər Nazirliyi Minsk və Brüssel arasındakı münasibətlərin pisləşməsi ilə əlaqədar Avropa İttifaqı (Aİ) ölkələrində çalışan diplomatların və işçilərin sayını əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Xarici işlər naziri Vladimir Makey açıqlama verib.

Onun sözlərinə görə, bu restrukturizasiyaya səbəb ölkəyə sanksiya təzyiqinin artmasıdır, bu da diplomatların Qərb dövlətlərinin rəhbərliyi ilə qarşılıqlı fəaliyyətinə mane olur: “Bu, ilk növbədə Qərbi Avropaya aiddir. Eyni zamanda, digər cinahlarda fəaliyyətimizi gücləndirmək lazım gəlir”.

Makey diplomatik korpusun Belarusla yaxşı münasibətləri olan dövlətlərdə - MDB, Çin, Hindistan və Afrika ölkələrində genişləndiriləcəyini bildirib. Nazir qeyd edib ki, həmin ölkələrdə Avropa dövlətlərində tutduqları vəzifələrdən uzaqlaşdırılan əməkdaşlar yerləşdiriləcək.

“Yeni ilə qədər biz müvafiq sərəncam qəbul edəcəyik və onun əsasında bütün yenidənqurma işləri aparılacaq. Belə səlahiyyətlər prezident tərəfindən Xarici İşlər Nazirinə verilib”, - XİN rəhbəri əlavə edib.

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəyə qarşı yeni sanksiyalara görə Qərb diplomatlarını qovmaq fikrində olmadığını bildirib. O, Belarus və Aİ arasında çətin münasibətlərə baxmayaraq, əcnəbilərin çantalarını yığmaq üçün hələ tez olduğuna diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər