ABŞ məxfi xidməti COVID-19 pandemiyası səbəbilə işlərini itirən insanlara və iş yerlərinə yardım üçün qurulan dəstək proqramlarından ən azı 100 milyard dolların oğurlandığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, pandemiya ilə əlaqəlar oğurluq faktlarını araşdıran məxfi xidmət koordinatoru Roy Dotson bu istiqamətdə ciddi iş getdiyini bəyan edib.
Epidemiya ilə bağlı dələduzluq faktlarını araşdıran komissiyaya rəhbərlik edən Roy Dotson verdiyi açıqlamada pandemiyadan əziyyət çəkənlərə yardım çərçivəsində edilən ödənişlərdə fırıldaqlıq aşkar edildiyini deyib.
Roy Dotson 3,4 trilyon dollarlıq dəstək proqramları çərçivəsində edilən ödənişlərin təxminən 3 faizində qanun pozuntuları olduğunu deyib.
Sözügedən faizin böyük hissəsinin işsizlik müavinətlərindən ibarət olduğu bildirilir. ABŞ Əmək Nazirliyi təxminən 87 milyard dollarlıq işsizlik müavinətinin düzgün ödənilmədiyini və böyük hissəsinin də saxtakarlıq hesab edilə biləcəyini qeyd edib.
Məxfi xidmətin işsizlik sığortası və kredit fırıldaqçılığı hallarını araşdırarkən 1,2 milyard dollar ələ keçirib və 2,3 milyard dollar saxta pulun geri qaytarıldığını açıqlayıb.
Bildirilib ki, epidemiya ödənişlərində fırıldaqçılıqla bağlı 900-dən çox aktiv araşdırma davam edir və indiyədək 100 nəfər həbs edilib.