Parlamentində vergi müzakirələri zamanı deputatlar bir-birini döyüb.
Teleqraf.com xəbər verir ki, hadisə Qana respublikasında baş verib.
Məlumata görə, dünən gecə saatlarına qədər parlament vergi şərtlərini müzakirə edib. Bu zaman deputatlar arasında yaranan mübahisə davaya çevrilib.
Dava müxalifətçi deputat, vitse-spiker J. Oseinin səsvermə zamanı onu pozmaq üçün kreslodan qalxmasından sonra yaranıb.
Davadan sonra vergi proseduruna dair səsvermə yanvarın 18-nə təxirə salınıb.