Türkiyədə çeçen separatçılarının lideri Cövhər Dudayevin adına parkın açılması Rusiya-Türkiyə münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın ruhuna ziddir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün bildirib.
“Biz gözləyirik ki, Türkiyə tərəfi qarşılıqlı etimadı sarsıdan bu cür addımların yolverilməzliyi ilə bağlı siqnallarımızı çox ciddi qəbul edəcək”, – deyə M.Zaxarova Moskvada keçirdiyi brifinqdə deyib.
Qeyd edək ki, Türkiyənin Kocaeli vilayətinin Körfəz bələdiyyəsi tərəfindən 9 ay əvvəl inşasına başlanan Cövhər Dudayev adına parkın ötən günlərdə açılmasına Rusiyadan sərt reaksiyalar verilib.