Sovet İttifaqının dağılmasından sonra yaranan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin baş nazirlərinin növbəti toplantısı Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, noyabrın 21-də keçiriləcək iclasda təşkilata sədrlik edən Belarus baş naziri Mixail Myasnikoviç başda olmaqla, digər ölkə nazirlərinin iştirakı gözlənilir.
Toplantıda üzv ölkələr arasında iqtisadi əməkdaşlıqla yanaşı, azad ticarət zonasının yaradılmasına yönəlik müqavilə də qiymətləndiriləcək.
MDB Mətbuat Mərkəzindən verilən açıqlamada deyilir ki, baş nazirlər müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan 20 məsələni müzakirə edəcək.
Samir