28 Dekabr 2021 14:23
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda koronavirusun “omikron” ştamına yoluxanların sayı 60-ı keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya məlumat verib.

Onun sözlərinə görə, “omikron” ştamı daha tez yayıldığı üçün təcili və təxirəsalınmaz tədbirlər görülməlidir. Hökumət artıq xəstəxanalarda çarpayı sayını artırıb. Hazırda ölkə üzrə xəstəxanalarda “omikron” ştamına yoluxanların yerləşdirilməsi üçün 9100 ədəd çarpayı hazırlanıb.

“Əgər ehtiyac yaranarsa xüsusi otellər də səfərbər olunacaq”, – deyə, T.Qabuniya vurğulayıb.

Qeyd edək ki, Gürcüstanda “omikron” ştamına ilk yoluxma faktı dekabrın 20-də qeydə alınıb. Dekabrın 26-da onların sayı 51-ə çatıb və yoluxanların 5-i azyaşlıdır və onların da 1-i xəstəxanaya yerləşdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər