30 Dekabr 2021 10:18
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyinə yaxın mənbələr yeni “S-550” hava hücumundan müdafiə sisteminin xidmətə girdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, TASS Rusiyanın ən qabaqcıl müdafiə sistemlərindən ilki olan “S-550”nin sınaqlarının uğurla tamamlandığını iddia edib.

“S-550” hava hücumundan müdafiə sistemi dövlət sınaqlarını uğurla başa çatdırıb. İlk “S-550” briqadası döyüş növbətinə başlayıb”, - Müdafiə Nazirliyinə yaxın olan adı açıqlanmayan mənbə TASS-a bildirib.

Mənbə yeni sistemi “kosmik gəmiləri, ballistik raketləri və on minlərlə kilometr yüksəklikdəki hipersəs hədəfləri vurmağa qadir olan tamamilə yeni və bənzərsiz mobil strateji raketdən müdafiə sistemi” kimi təsvir edib.

Onun sözlərinə görə, yeni sistem Rusiyanın “Pantsir” sistemlərindən, uzaqmənzilli “S-350”, “S-400” və “S-500” sistemlərindən və “S-550”-dən ibarət kompleks raket və hava hücumundan müdafiə sisteminin bir hissəsinə çevrilib.

Agentliyin məlumatına görə, rəsmi mənbələr hələlik bu məlumatı təsdiqləməyib.

“Rostek” dövlət texnologiya şirkətinin prezidenti Sergey Çemezov bundan əvvəl bildirib ki, “S-550” uzaqmənzilli hədəf aşkarlama qabiliyyətə malik olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu