18 Noyabr 2014 19:03
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparılan müvafiq araşdırmalar nəticəsində terror hücumlarından ən çox zərər görən ölkənin İraq olduğu bəlli olub.

Mərkəzi Nyu Yorkda olan İqtisadiyyat və Barış İnstitutu (IEP) tərəfindən açıqlanan 2014 - Qlobal Terrorizm İndeksinə görə, 2013-cü ildə bir əvvəlki illə müqayisədə 44 faiz artımla təxminən, 10 min terror hücumu təşkil edilib.

Terror hücumlarındakı ölümlərin 66 faizi İŞİD, Əl-Qaidə, Boko Haram və Taliban təşkilatlarının törətdiyi qanlı hadisələr nəticəsində baş verib. 2013-cü ildə 60 ölkədəki terror hücumlarında 17 min 958 adam həyatını itirib. Bunların 14 min 722-i yalnız beş ölkədə (İraq, Suriya, Əfqanıstan, Pakistan və Nigeriya) terrorçuluğun qurbanı olub.

Teleqraf.com-un məlumatına görə, hesabatda terror hücumları zamanı 2013-cü ildə həlak olanların sayının bir əvvəlki ilə nisbətlə 61 faiz artdığı xüsusi qeyd edilir.

Terror hadisələrində ən çox can itkisinin yaşandığı digər ölkələr isə Hindistan, Somali, Filippin, Yəmən və Tayland olaraq sıralanıb.

Hesabata görə, hücumlarda 6 min 362 adamın həyatını itirdiyi İraq terrordan ən çox təsirlənən ölkə kimi, ön sıraya çıxıb.

Nail Cəlil


Müəllif: