Fransada Yeni il gecəsi təhlükəsizliyi 95 mindən çox polis və jandarm təmin edəcək.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Cerald Darmanen bildirib.
“Dekabrın 31-i axşam saatlarında 95 mindən çox polis və jandarm, o cümlədən 32 min yanğınsöndürən və mülki təhlükəsizlik işçisi səfərbər olunacaq”, - Darmanen Tvitterdə yazıb.
Polisin mühafizəyə nəzarət edəcəyi və vətəndaşlara köməklik göstərəcəyi qeyd edilir.
Daha əvvəl məlum olub ki, dekabrın 31-dən Paris küçələrində maska taxmaq məcburi olacaq.