3 Yanvar 2022 09:06
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 3-də Sakit okeanda, Vanuatu sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentrinin təqribən 1100 nəfərin yaşadığı Solodan 104 kilometr şimal-qərbdə və 36 min nəfərin yaşadığı Port Viladan 527 kilometr şimal-qərbdə, ocağının 137 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər