Çin hökuməti 13 milyon sakini olan Xian şəhərində dekabrın 23-də sərt karantin elan etmişdi. İnsanlara küçələrə çıxmaq qadağan olunmuş, hər evdən bir nəfərin iki gündə bir dəfə mağazaya getmək haqqı tanınmışdı.
Teleqraf.com xəbər verir ki, gecə yarısı karantin elan olunan şəhərdə minlərlə insan zorla evlərindən çıxarılaraq karantin düşərgələrinə aparılıb.
Əslində Çində dekabrın 9-da bəzi turist mərkəzlərində koronavirusa 1600 yoluxma halı qeydə alınmışdı. Bu kiçik rəqəm olsa da Pekin Qış Olimpiya Oyunları öncəsi virusun kökünü tam kəsmək məqsədilə səfərbərlik olaraq “Sıfır COVID-19 siyasətini” tətbiq etməyə başlayıb. Hazırda bu siyasətin mərkəzində Xian şəhəri durur.
Yanvarın 1-də gecə saatlarında şəhərin Minge 8 məhəlləsində 30 avtobus görünüb. Burada bütün sakinlərin evlərindən çıxması və karantin mərkəzlərinə getməsi əmr edilib. Minə qədər şəxs avtomobillərə minərək mərkəzə aparılıb. Çinin yerli sosial şəbəkələri isə səhiyyə əməkdaşlarının polis avtomobilləri ilə və avtobus konvoyunu nümayiş etdirib. İnternetdə yerləşdirilən digər şəkillərdə karantin müəssisələrində ucuz ikiqat çarpayılar və kiçik masalarla dolu yaşayış yerləri göstərilib. İnsanlar otaqların soyuq olduğunu, səlahiyyətlilərin uşaqların və qocaların qalması üçün lazımi şərait yaratmadığını iddia edirdilər.
Çinin digər əyaətlərində də virusa yoluxma halları dekabrın ortalarında qeydə alınıb. Sosial şəbəkələrdə isə insanların zor gücünə evlərindən alınaraq xüusi müəssisələrə aparıldığı bəyan olunur.