4 Yanvar 2022 22:30
1 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib.

Teleqraf.com xəbər verir ki, ölkə başçısı müraciətini Tvitterdə yayıb.

"Hökumət ona verilən səlahiyyətlər çərçivəsində ölkədə sabitliyi təmin etmək üçün Manqistau vilayətində maye qazın qiymətini bir litr üçün 50 təngəyə endirmək qərarına gəlib.

Nümayişçilərə cəmiyyətimizin sabitliyini və birliyini pozmaqda maraqlı olan destruktiv şəxslərin çağırışlarına uymamaları üçün müraciət edirəm. Digər sosial-iqtisadi tələblərə sabah paytaxtda keçiriləcək məsləhətləşmələr də daxil olmaqla ayrıca baxılacaq", - deyə Tokayev qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər