5 Yanvar 2022 15:00
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 5-dən 19-dək Nur-Sultanda fövqəladə vəziyyət elan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fərman imzalayıb.

“İctimai təhlükəsizliyin təmin edilməsi, asayişin bərpası, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi məqsədilə, vətəndaşların təhlükəsizliyinə ciddi və bilavasitə təhlükə ilə əlaqədar Nur-Sultan şəhəri hüdudlarında 5 yanvar 2022-ci il saat 16:00-dan 19 yanvar 2022-ci il saat 00:00-a qədər olan müddətdə fövqəladə vəziyyət rejimi tətbiq edilsin”, - deyə sərəncamda bildirilir.

Fövqəladə vəziyyət dövründə şəhərdə saat 23:00-dan 07:00-dək komendant saatı tətbiq ediləcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər