19 Noyabr 2014 09:29
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail baş naziri Benyamin Netanyahu Qüdsdəki müharibəni qazanacaqlarını bildirib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Netanyahu bütün terrorçularla hesablaşacaqlarını deyib:

“İsrailliləri bu torpaqlardan heç kimi qova bilməz. Biz Qüds üçün hər zaman mübarizə aparacağıq. Müharibə ilə də olsa Qüdsü qoruyacağıq. Qərb dünyasının bütün liderlərinə müraciət edirəm. Bu qətliama qarşı qəzəbi görmək istəyirəm”

Netanyahu Qüds küçələrində təhlükəsizlik tədbirlərini artıracaqlarını söyləyib.
Bu arada, dünən səhər saatlarında iki fələstinlinin bıçaq və balta ilə silahlanaraq, Qüdsdəki sinaqoqa hücumu nəticəsində ölənlərin sayı 5-ə yüksəlib.

Samir


Müəllif: