9 Yanvar 2022 18:39
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Almatı şəhərinin meri səlahiyyətlərini icra edən Bakıtjan Saqintayev bildirib ki, ölkədə iğtişaşlar zamanı naməlum şəxslər onun, həmkarlarının və Almatı telekanalının əməkdaşlarının olduğu avtomobillərə atəş açıblar.

Teleqraf.co xəbər verir ki, atəş nəticəsində “Almatı” telekanalının sürücüsü həlak olub, bir neçə nəfər, o cümlədən meriyanın məsul işçiləri - idman idarəsinin rəisi Rüstəm Bayseitov və dini idarənin rəisi Nurlan Kikimov yaralanıb.

Qeyd edək ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər