19 Noyabr 2014 11:13
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikalı fermerlər iqtisadi vəziyyətin çətinləşməsi ilə əlaqədar keçirdikləri etiraz aksiyası zamanı Kampeçe ştatındakı əsas yolu bağlayıblar.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, nəticədə 24 rusiyalı turistin olduğu avtobus yolda qalıb. Bu barədə bələdçi Anastasiya Masol məlumat verib. Onun sözlərinə görə, 12 saatdan artıqdır ki, avtobusu tərk edə bilmirlər: “Su və yemək ehtiyatlarımız bitib. Hətta geriyə dönüb getmək imkanımız da yoxdur. Köməksiz qalmışıq”.

Hadisə yerniə gələn Meksika federal polis əməkdaşları etirazçıların avtomobillərə və sərnişinlərə zərər vurmaması üçün təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Masol bildirib ki, ertirazçılar qubernatorla görüşməyəcəkləri təqdirdə nümayişləri davam etdirəcəklər.

Rusiyanın Meksikadakı səfirliyindən isə hadisə ilə bağlı məlumatlı olduqlarını və vəziyyəti nəzarətdə saxladıqlarını qeyd edirlər. Həmçinin səfirlik tezliklə rus turistlərə yardım ediləcəyini açıqlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər