13 Yanvar 2022 22:38
2 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva Vaşinqtonun rus qoşunlarının kazarmalara qaytarılması ilə bağlı tələblərini müzakirə etmək niyyətində deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, ABŞ artıq Rusiyadan qoşunlarını nəinki Ukrayna ilə sərhəddən çıxarmağı, hətta onları kazarlamalara göndərməyi tələb etməyə başlayıb.

“Şerman mətbuat konfransında açıq şəkildə belə dedi. Düşünmürəm ki, bu cür tələblərin tamamilə qəbuledilməzliyini izah etməyə ehtiyac var”, - Lavrov bildirib.

Bundan əvvəl ABŞ dövlət katibinin müavini Vendi Şerman Rusiya-Amerika danışıqlarının nəticələrinə görə Qərb ölkələrinin Ukrayna ərazilərini işğal edəcəyi təqdirdə ona qarşı kollektiv sanksiyalar tətbiq edəcəyini bildirib.

“Bu sanksiyalar əsas maliyyə institutlarına təsir edəcək, o cümlədən ixraca nəzarət edən əsas sənaye müəssisəllərini hədəf alacaq”, - amerikalı rəsmi qeyd edib.

ABŞ dövlət katibinin müavini hesab edib ki, Moskvanın Ukraynaya müdaxilə planlarının olmamasının əsl sübutu Ukrayna sərhədi yaxınlığında yerləşən Rusiya hərbçilərinin kazarmalara qayıtması olacaq.

Yanvarın 10-da Cenevrədə Rusiya və ABŞ nümayəndə heyətləri arasında təhlükəsizlik və strateji sabitliyin təminatlarına dair danışıqlar aparılıb. İki ölkə rəsmiləri arasında müzakirə təxminən 7.5 saat davam edib. Danışıqlar qapalı qapılar arxasında, jurnalistlərin iştirakı olmadan, BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəliyində keçirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər