“Hərbi mütəxəssislər Ukrayna ətrafında vəziyyətin pisləşəcəyi ehtimalına uyğun olaraq, Prezident Vladimir Putinə variantlar təklif ediblər”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Çətin məsələdir. Bunu ictimaiyyət qarşısında açıqlamaq olmaz”, - Ryabkov bildirib.
Bununla belə, rusiyalı diplomat qeyd edib ki, bu problemi həll etmək üçün diplomatiyaya şansı verilməlidir.
Bundan əvvəl Amerika tərəfi ilə təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlar zamanı Ryabkov amerikalı tərəfdaşlarını əmin edib ki, Kremlin Ukraynaya hücum planı yoxdur. O, deyib ki, Rusiya qoşunları Rusiya sərhədləri daxilində hərəkət edir.