14 Yanvar 2022 16:55
2 636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrindən NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair yazılı zəmanət tələb edib və bunun üçün bir həftə vaxt verib.

Teleqraf.com xəbər verir ki, “Artıq səbrimiz qalmayıb” deyən Lavrov Qərbi təkəbbürlü davranaraq öhdəliklərini və gərginliyi artırmaqda ittiham edib.

O, Vaşinqton və NATO-dan gələn həftəyə qədər yazılı cavab gözlədiklərini deyib.

Rusiya NATO-nun Ukrayna və digər keçmiş sovet ölkələrini əhatə edəcək şəkildə genişlənməməsini və bu bölgələrə qoşun göndərməməsini tələb edir. Vaşinqton və onun müttəfiqləri Moskvanın bu tələbini qəti şəkildə rədd edirlər. Bu həftə tərəflər arasında sıx diplomatik trafikdən sonra NATO-nun qapılarının yeni üzvlər üçün açılacağı bildirilib.

Danışıqların dalana dirəndiyini bildirən Rusiya Qərbin Ukrayna sərhədində topladığı 100 min əsgər və silah-sursatın geri çəkilməsi tələblərinə qarşı çıxır. Rusiya öz ərazisi daxilində istədiyi yerə qoşun yerləşdirə biləcəyini bildirsə də, Qərb ölkələri bu hərbi birləşmənin Ukraynanı işğal etmək məqsədi daşıdığını iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər