16 Yanvar 21:43

İraqın şimalında Pençe Kaplan və Pençe Şimşək əməliyyatları bölgəsində 6 PKK terrorçusu zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə bazar günü, yanvarın 16-da Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, terrorçular artilleriya zərbələri nəticəsində zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələri terrora qarşı effektiv mübarizəni davam etdirir.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əli ilə Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.


Müəllif: Teleqraf.com