17 Yanvar 2022 12:09
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Milli Statistika Bürosunun məlumatına görə, Çinin ümumi daxili məhsulu (ÜDM) 2021-ci ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz artıb.

Teleqraf.com statistik rəqəmlərə istinad edərək qeyd edir ki, Çində bu göstərici 2021-ci ilin sonu etibarı ilə əvvəlki ilə münasibətdə 8,1 faiz artaraq 18 trilyon dollara çatıb.

Çin iqtisadiyyatı ilin birinci rübündə 18,3 faiz, ikinci rübündə 7,9 faiz, üçüncü rübündə isə 4,9 faiz artıb.

Yeni növ koronavirus epidemiyasının təsiri altında olan 2020-ci ildən sonra toparlanma ili kimi təqdim edilən 2021-ci ilin birinci yarısında artım sürətinin ilin ikinci yarısında azalması diqqət çəkib.

Statistika Bürosu adambaşına düşən ÜDM-nin 12 551 dollara çatdığını və Dünya Bankının təsnifatına əsasən dünya orta göstəricisini keçərək “yüksək gəlirli ölkələrə” yaxınlaşdığını bildirib.

17 dekabr 2021-ci ildə yenidən işlənmiş məlumatlara görə, Çin iqtisadiyyatı 2020-ci ildə 2,2 faiz artıb. Pekin 2021-ci il üçün 6 faizdən çox artım hədəfi qoymuşdu.

Çin Xalq Bankı (PBoC) bir illik kredit dərəcəsini və yeddi günlük tərs repo dərəcəsinin hər birini 10 baza bəndi azaldıb.


Müəllif: Nemət

Oxşar xəbərlər